Toppick.io
İstifadə Şərtləri

İstifadə Şərtləri

Son Yenilənmə Tarixi: Yanvar 2026

1. Ümumi Müddəalar

Xoş gəlmisiniz. Bu İstifadə Şərtləri ("Şərtlər"), Toppick.io ("Biz", "Platforma" və ya "İcraçı") tərəfindən təqdim edilən xidmətlərdən istifadə qaydalarını tənzimləyir. Platformadan qeydiyyatdan keçməklə və ya xidmətlərimizdən istifadə etməklə, siz bu Şərtləri qəbul etmiş olursunuz.

2. Xidmətlərin Təsviri

Toppick.io, süni intellekt (AI) əsaslı İnsan Resursları ekosistemidir. Bizim xidmətlərimizə aşağıdakılar daxildir:

  • Smart Screening: Namizədlərin CV-lərinin və portfoliolarının vakansiya tələblərinə uyğunluğunun avtomatlaşdırılmış analizi.
  • Video Müsahibə Analizi: Namizədlərin video müsahibələrinin vizual, vokal və davranışsal parametrlər üzrə təhlili.
  • AI HR Assistent: Müsahibə planlarının hazırlanması və namizədlərlə kommunikasiyanın idarə edilməsi.

3. Məlumatların Mülkiyyəti və İstifadəsi

Bu bölmə bizim ən vacib öhdəliyimizdir:

  • Mülkiyyət: Platformaya yüklədiyiniz bütün məlumatlar (CV-lər, videolar, transkriptlər) müstəsna olaraq Sizə (Müştəriyə) məxsusdur.
  • "No-Training" Siyasəti: Biz zəmanət veririk ki, sizin məlumatlarınız heç bir halda Toppick.io-nun və ya üçüncü tərəf tərəfdaşlarımızın (məs: Google) süni intellekt modellərinin öyrədilməsi (training) üçün istifadə edilmir.
  • Müvəqqəti Saxlama (Transient Storage): Video faylları yalnız analiz müddətində emal edilir. Analiz tamamlandıqdan sonra xam video faylları serverlərimizdən avtomatik olaraq silinir.

4. İstifadəçi Öhdəlikləri və Təhlükəsizlik

  • Hesab Təhlükəsizliyi: Siz hesabınıza giriş məlumatlarının məxfiliyini qorumağa cavabdehsiniz. Platformamız Rol-Əsaslı Giriş (RBAC) sistemi ilə qorunur və hər bir istifadəçi yalnız öz səlahiyyəti çərçivəsində məlumatlara çıxış əldə edə bilər.
  • Qadağan Olunan Fəaliyyətlər: Platformanın təhlükəsizlik sistemlərini (WAF, Rate Limiting) yan keçmək, sistemi yükləmək (DDoS) və ya tərs mühəndislik (reverse engineering) etmək qəti qadağandır.

5. Ödənişlər və Abunəlik

Xidmətlər seçdiyiniz abunə planına (Pilot, Aylıq və ya İllik) uyğun olaraq təqdim edilir. Pilot proqramlar və sınaq müddətləri tərəflər arasında razılaşdırılmış xüsusi şərtlərlə tənzimlənir.

6. Məsuliyyətin Məhdudlaşdırılması

  • AI Təbiəti: Platformamız qərarların qəbul edilməsində sizə kömək etmək üçün nəzərdə tutulub. Süni intellekt tərəfindən verilən tövsiyələr (məs: uyğunluq balı) məsləhət xarakterlidir və son işəqəbul qərarı tamamilə Müştəriyə aiddir.
  • Xidmət Zəmanəti: Biz xidmətin fasiləsizliyini təmin etmək üçün Cloudflare Enterprise infrastrukturundan istifadə edirik, lakin fors-major hallarda yaranan fasilələrə görə məsuliyyət daşımırıq.

7. Əlaqə

Hüquqi və texniki suallarınız üçün: support@toppick.io

Sualınız var?

Hüquqi və texniki suallarınız üçün bizimlə əlaqə saxlayın.